Əsas məzmuna keç

İstanbulda evdə yanğın olub, 3 uşaq ölüb

İstanbulda evdə yanğın olub, 3 uşaq ölüb

İstanbulun Fevzi Çakmak məhəlləsinin Umman küçəsində yerləşən 2 mərtəbəli binanın girişindəki mənzildə naməlum səbəbdən yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər, və təcili tibbi yardım heyətləri cəlb olunub.

Yanğın zamanı sakinlər tərəfindən evdən çıxarılan 4 uşaq təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Fövqəladə Hallar xidmətinin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb və söndürülüb.

Xəstəxanaya yerləşdirilən uşaqlardan 3-nün həyatını itirdiyi, 1-nin isə vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, uşaqların anası yanğın baş verən vaxt evdə olmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…