Əsas məzmuna keç

İsrailli haker qrupu İranın kriptovalyuta birjasına kiberhücum təşkil edib?

İsrailli haker qrupu İranın kriptovalyuta birjasına kiberhücum təşkil edib?

İsraillə əlaqəsi olduğu bildirilən qrupunun İranın kriptovalyuta birjası "Nobitex"ə təşkil etdiyi iddia edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İsraillə əlaqəsi olduğu deyilən “Qonjeshke Darande” adlı haker qrupu X hesabından açıqlama verib.

Açıqlamada qrupun "Nobitex"ə kiberhücum təşkil etdiyi və kriptovalyuta birjasının mənbə kodu və daxili məlumatlarının 24 saat ərzində paylaşılacağı iddia edilib.

"Nobitex"də qalan aktivlərin risk altında olduğu iddia edilən açıqlamada İranın şirkətdən sanksiyaları pozmaq üçün istifadə etdiyi iddiası da irəli sürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…