İsrail ordusunun Qəzza zolağına gecə hücumları nəticəsində ən azı 16 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.
Qeyd edilib ki, İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nusayrat qaçqın düşərgəsini atəşə tutub. Atəş nəticəsində çox sayda yaralı var.
İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus və Rəfah şəhərlərindəki mülki yaşayış sahələrinə də gecə boyu zərbələr endirib.