İsrail ordusu gecə boyu Qəzzada məcburi köçkün fələstinlilərin evlərini, çadırlarını və mülki əhalinin toplaşdığı yerləri bombalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrailin hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla 45 fələstinli həyatını itirib, çoxunun vəziyyəti ağır olmaqla ən azı 60 nəfər yaralanıb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Qəzzanın Xan Yunis şəhərində bir neçə evi bombalayıb.
Xan Yunisdə həyatını itirən ən azı 27 nəfərin və yaralıların cəsədi şəhərdəki Nasser xəstəxanasına gətirilib.