İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 15 fələstinli, o cümlədən "İslami Cihad" qruplaşmasının üç komandiri həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Fələstin səhiyyə rəsmiləri daha 22 nəfər yaralandığını açıqlayıb.
Qəzzanın Səhiyyə Nazirliyi ölənlər arasında 4 uşaq və 4 qadının olduğunu bildirib.