Qəzzanın Səhiyyə Nazirliyi İsrail əsgərlərinin Xan Yunus şəhərindəki Nasser xəstəxanasını mühasirəyə almasının xəstələrin və tibb işçilərinin həyatı üçün real təhlükə yaratdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Əşrəf əl-Qudra yazılı açıqlamasında qeyd edib.
Qudra bildirib ki, onun qüvvələri tərəfindən mühasirəyə alınan Nasser xəstəxanasında vəziyyət dözülməz həddə çatıb.
Qudra İsrail əsgərlərinin xəstəxananı mühasirəyə almasının xəstələrin və tibb işçilərinin həyatı üçün real təhlükə yaratdığını, generatorların işləməməsi səbəbindən bütün xəstəxanada su və oksigenin kəsildiyini bildirib.
Xəstəxananın həyətində və binasında tonlarla tibbi tullantıların yığıldığını qeyd edən Qudra, tibb işçilərinin oksigen və tibbi ləvazimat çatışmazlığı səbəbindən xəstələrə lazımi səhiyyə xidmətini göstərə bilmədiklərini vurğulayıb.
İsrailin mühasirəsinə görə Nasser Xəstəxanasında xəstələrin həyatı təhlükə altındadır
2 dəq