Əsas məzmuna keç

İsrailin keçirdiyi gecə basqınlarında çox sayda adam saxlanılıb

İsrailin keçirdiyi gecə basqınlarında çox sayda adam saxlanılıb

İsrail qüvvələri Cenin, Ramallah, Nablus, Qalkilya, Beytüllahim və Hebron şəhərlərinə gecə hücumları təşkil edib. Bu barədə Fələstinin WAFA xəbər...

İsrail qüvvələri Cenin, , , Qalkilya, Beytüllahim və şəhərlərinə gecə hücumları təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat verib.

Cenində Əl-Cəlama və Bartaa, Ramallahda Kefr Ayn və Beyt-Rima, Qalkilyada isə Bakatul Hatab və Hacca qəsəbələrinə basqın həyata keçirilib.

Cenin Bartaa kəndində keçirilən reyd zamanı Qəzzadan olan bir qrup işçi saxlanılıb.

İsrail qüvvələri Nablusun İba qəsəbəsində 1 qadını, Hebronun cənubundakı Dura bölgəsində 2 gənci və Beytləhmdəki Əl-Azza Qaçqınlar Düşərgəsindəki bir evə basqın zamanı 1 gənci nəzarətə götürüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…