İsrailin informasiya naziri Qalet Distel-Atbaryan istefa verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu barədə öz "X" sosial şəbəkəsində paylaşım edib.
Distel-Atbaryan İsrailin blokada altındakı Qəzza zolağına qarşı hücumları ilə öz fəaliyyətini icra edə bilməyən nazirliyinin büdcəsinin ictimai israf olduğunu əsas gətirərək istefa verdiyini açıqlayıb.
İnformasiya naziri "Milli müqaviməti gücləndirmək vəzifəsi daşıyan İnformasiya Nazirliyi yeni yaradılıb və onun büdcəsi cəmi 17 həftə əvvəl verilib”,- deyə qeyd edib.