İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 18 min 412, yaralı sayının isə 50 min 100-ə yüksəldiyi açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.
Sözçü açıqlamasında son 24 saatda İsrailin hücumları nəticəsində 207 nəfərin həyatını itirdiyini, 450 nəfərin isə yaralandığını açıqlayıb. Əl-Qudra İsrail əsgərlərinin təcili yardım maşınlarının qarşısını kəsdiyini və hücumlarda yaralananların qan itkisindən ölməsinə səbəb olduğunu vurğulayıb.