Əsas məzmuna keç

İsraildə zərərçəkənlərin sayı 6 mini keçdi - Son rəsmi rəqəmlər

İsraildə zərərçəkənlərin sayı 6 mini keçdi - Son rəsmi rəqəmlər

ABŞ-la birgə hücumda yaralı statistikası 6131-ə çatdı. Xameneinin ölümü və İranın cavab zərbələri bölgədə gərginliyi artırıb. Nazirliyin yeni hesabatı burada:

en ru

İrana qarşı ABŞ-İsrail birgə hərbi əməliyyatı fonunda İsraildə zərərçəkənlərin sayı 6 131 nəfərə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail sosial şəbəkələrdəki rəsmi məlumatında bildirib.

Qeyd olunub ki, hazırda İsrail xəstəxanalarında 118 nəfər müalicə alır, onlardan 18-nin vəziyyəti ağırdır. Qurumdan həmçinin vurğulanıb ki, fevralın 28-dən bəri İsrail Müdafiə Ordusunun həlak olan hərbi qulluqçularının sayı 10-a çatıb.

Xatırladaq ki, və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan sonra İran cavab olaraq İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…