Operativ Məlumat Mərkəzi

İsraildə sorğuda iştirak edənlərin 66 faizi Netanyahunun istefasını istəyir

1 dəq
Paylaş:
İsraildə sorğuda iştirak edənlərin 66 faizi Netanyahunun istefasını istəyir

İsraildə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 66 faizi oktyabrın 7-də buraxılan səhvlərə görə baş nazir Benyamin Netanyahunun müharibədən sonra istefa verməsini istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Məlumata əsasən, respondentlərin 75 faizi HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən başlanan Əl-Əqsa hücumlarında baş nazir Netanyahunun İsraildəki təhlükəsizlik boşluğundan məsul olduğuna inanır.

İştirakçılar parlamentin buraxılmasını və ümumi seçkilərin keçirilməsini tələb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər