İsraildə Azərbaycan səfirliyinin açılışı olub - YENİLƏNİB

İsraildə Azərbaycan səfirliyinin açılışı olub - YENİLƏNİB
29.03.2023 20:09
Aa
dəq

Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Mərasim hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov səfirliyin açılışını iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini bildirib. Diplomat Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv imkanları qeyd edib. O deyib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin inkişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcəyinə əmin olduğunu söyləyib.

Mərasimi tarixi hadisə adlandıran nazir Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. O, münasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Sonra nazirlər səfirliyin adı olan lövhəni təqdim ediblər.

Mərasim Azərbaycan incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.

18:01 ***

İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Nuys.ru.com”a istinadən xəbər verir ki, tədbirə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, israilli həmkarı Eli Kohen, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak ediblər.

Həftənin ən çox oxunanları

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu