ABŞ-də İsrail və Livan arasında sülh sazişinin əldə olunması istiqamətində növbəti danışıqlar raundu keçiriləcək. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqotun verdiyi məlumata görə, tərəflərin beşinci görüşü çərşənbə günü baş tutacaq.
Piqot bildirib ki, mayın 2-də baş tutan dördüncü raundda tərəflər hərtərəfli razılaşmanın əldə olunması üçün əhəmiyyətli irəliləyişə nail olublar. O, X sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, son 20 ilin çətinliklərinə baxmayaraq, Livanın suverenliyinin bərpası və İsrailin təhlükəsizliyinin təmin olunması məqsədilə razılaşmaya doğru addımlar atılır.
Daha əvvəl Janoubia xəbər portalı ABŞ-nin nizamlanma planı çərçivəsində 60 günlük keçid dövrü təklif etdiyini yazıb. Planın detallarına əsasən, bu müddət ərzində aşağıdakı addımlar atılacaq:
- İsrail qoşunlarının Livan ərazisindən mərhələli şəkildə çıxarılması;
- Boşalan mövqelərə BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinin yerləşdirilməsi.