Operativ Məlumat Mərkəzi

İsrail və Suriya rəsmiləri məhsuldar danışıqlar aparıblar

2 dəq
Paylaş:
İsrail və Suriya rəsmiləri məhsuldar danışıqlar aparıblar
İsrail və Suriyanın yüksəkvəzifəli rəsmiləri 5-6 yanvar tarixlərində ABŞ-nin himayəsi altında Parisdə görüşüb və məhsuldar danışıqlar aparılıb."Operativ...

İsrail və Suriyanın yüksəkvəzifəli rəsmiləri 5-6 yanvar tarixlərində ABŞ-nin himayəsi altında Parisdə görüşüb və məhsuldar danışıqlar aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər veir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Danışıqlarda Suriyanın suverenliyi və sabitliyi, İsrailin təhlükəsizliyi və hər iki ölkənin rifahı müzakirə olunub.

ABŞ, İsrail və Suriya hökumətlərinin üçtərəfli görüşündən sonra birgə bəyanat da yayımlanıb.

"Tərəflər hər iki ölkənin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün işləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər. Hər iki tərəf kəşfiyyat paylaşımı, hərbi gərginliyin azaldılması, diplomatik əlaqələr və ticarət imkanlarının dərhal və davamlı əlaqələndirilməsini asanlaşdırmaq üçün ABŞ-nin nəzarəti altında xüsusi rabitə kanalı olan birgə koordinasiya mexanizmi yaratmaq barədə razılığa gəliblər. Danışıqlar əsasən İsrail qoşunlarının 8 dekabr 2024-cü ilə qədər çıxarılmasını təmin edəcək 1974-cü il qoşunların ayrılması haqqında sazişin yenilənməsinə yönəlib", - bəyanat deyilir.

ABŞ tərəflərin atdığı müsbət addımları təqdir edir və Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün daha geniş səylərin bir hissəsi olaraq bu razılaşmaların həyata keçirilməsini dəstəkləməyə sadiqdir

Bu xəbəri paylaş

Oxşar xəbərlər