İsrail qüvvələri 157-ci gündür Qəzzaya hücumlarını davam etdirir və burada xalqı ac-susuz qalmağa məcbur edərək böyük humanitar fəlakətə səbəb olur.
"Operativ Məlumat Mərkəzi-OMM" Fələstinin rəsmi agentliyi WAFA-ya istinadən xəbər verir ki, İsrail ordusu gecə boyu havadan, qurudan və dənizdən müxtəlif nöqtələrə, xüsusilə də Qəzza zolağının cənubundakı Xan Yunis və Qəzza şəhərinin Zeytun rayonuna intensiv hücumlar həyata keçirib.
İsrail döyüş təyyarələrinin Zeytun rayonunda bir evi bombalaması nəticəsində ölən və yaralananlar olub.
Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərqində bir ev hədəfə alınıb və hücumda ölən və yaralananların olduğu bildirilib.