İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Zibqin kəndi yaxınlığına bir sıra hava zərbələri endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Mülki əhalinin ölümü və hansı hədəflərin vurulduğu barədə məlumat verilməyib.
"Tasnim" agentliyinin məlumatına görə, İsrail təyyarələri təxminən 16 zərbə endirib.