İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 400-ə yaxın məscid tamamilə və ya qismən dağıdılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat verib.
İsrail ordusu 140 məscidi tamamilə dağıdıb və 240 məscid qismən dağıdıb, 3 xristian kilsəsinə isə ziyan dəyib.
Nazirlik min ildən çox əvvəl tikilmiş memarlıq strukturlarının İsrailin bombardmanları nəticəsində zədələndiyini qeyd edib. Bu hərəkətlər beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir. Qəzza beynəlxalq ictimaiyyəti təcili müdaxilə etməyə çağırıb.