Operativ Məlumat Mərkəzi

İsrail Qəzzada 84 gündə 106 jurnalisti qətlə yetirib

1 dəq
Paylaş:
İsrail Qəzzada 84 gündə 106 jurnalisti qətlə yetirib
{"az":"Qəzza mediası məlumat yayıb. Açıqlamada Əl-Qüds kanalının müxbiri Cebr Əbu Hedrusun hücumda öldüyü, beləliklə, 7 oktyabrdan bu yana Qəzzada həyatını...","en":"","ru":""}

İsrail ordusu şiddətli hücumlarını davam etdirdiyi Qəzza zolağında 84 gün ərzində 106 fələstinli jurnalisti qətlə yetirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəzza mediası məlumat yayıb.

Açıqlamada Əl-Qüds kanalının müxbiri Cebr Əbu Hedrusun hücumda öldüyü, beləliklə, 7 oktyabrdan bu yana Qəzzada həyatını itirən jurnalistlərin sayının 106-ya yüksəldiyi bildirilib.

Xatırladaq ki, Media Ofisinin verdiyi əvvəlki açıqlamada İsrailin Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasına mane olmaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər