Əsas məzmuna keç

İsrail prezidenti Bakıya “Şuşa” təyyarəsi ilə gəlib? - ŞOK İDDİA

İsrail prezidenti Bakıya “Şuşa” təyyarəsi ilə gəlib? - ŞOK İDDİA

İshak Hersoqun Təl-Əviv–Bakı marşrutu üzrə uçuşu “Boeing 787-8 Dreamliner” tipli hava gəmisinin Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi ilə diqqət çəkib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İsrail Prezidenti İshak Hersoqun Bakıya səfəri ilə bağlı mediasında maraqlı iddia yayılıb. Məlumatlara görə, İsrail oktyabrın 14-də “ Hava Yolları”na (AZAL) məxsus təyyarə ilə Türkiyənin hava məkanından keçərək Bakıya gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Türkiyənin aviasiya xəbərləri üzrə ixtisaslaşmış “Hava Sosyal Medya” nəşri Hersoqun AZAL-ın müntəzəm reysi ilə Bakıya gəldiyini yazıb. “Doğru Xəbər” nəşri isə “Flightradar24” platformasının məlumatlarına istinadən təyyarənin Aralıq dənizinin şərqindən Türkiyə istiqamətində hərəkət etdiyini, daha sonra Türkiyə hava məkanından keçərək Azərbaycana çatdığını bildirib.

"AzTV" isə xəbər verir ki, uçuş məlumatlarına əsasən, oktyabrın 14-də AZAL-a məxsus, “” adını daşıyan “Boeing 787-8 Dreamliner” təyyarəsi Təl-Əviv–Bakı marşrutu üzrə uçuş həyata keçirib. VP-BBR qeydiyyat nömrəli təyyarə J2-22 reysi ilə Bakıya gəlib.

Məlumata görə, təyyarə Təl-Əvivdən yerli vaxtla saat 12:06-da havaya qalxıb, Bakı vaxtı ilə saat 15:37-də Beynəlxalq Aeroportuna enib.

Diqqətçəkən digər məqam isə xəbərlərin yayılma vaxtıdır. APA İnformasiya Agentliyi İshak Hersoqun Bakıda qarşılanması barədə ilk məlumatını həmin gün saat 16:19-da yayımlayıb. Beləliklə, təyyarənin enişi ilə qarşılanma xəbərinin yayılması arasında 42 dəqiqə fərq olub.

Uçuşun tarixi, marşrutu və eniş vaxtı İsrail prezidentinin səfəri ilə üst-üstə düşsə də, Hersoqun məhz “Şuşa” təyyarəsində olduğunu təsdiqləyən rəsmi açıqlama və ya müstəqil vizual sübut təqdim edilməyib.

Xatırladaq ki, 2024-cü ilin noyabrında İsxak Hersoqun COP29-da iştirak etmək üçün Azərbaycana səfəri planlaşdırılsa da, səfər baş tutmamışdı. Həmin vaxt Türkiyənin İsrail prezidentinin öz hava məkanından keçməsi ilə bağlı müraciətə icazə vermədiyi barədə məlumatlar yayılmışdı.

İndi isə Türkiyə mediasında Hersoqun AZAL-ın müntəzəm reysi ilə Türkiyə üzərindən Bakıya gəldiyi iddiası müzakirə olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…