Əsas məzmuna keç

Ukraynanın Patriot raketləri tükənmək üzrədir

Ukraynanın Patriot raketləri tükənmək üzrədir
— Foto: AnewZ - Latest

“The Washington Post”un məlumatına görə, Ukraynanın cəmi iki Patriot raketi qalıb. ABŞ rəsmiləri isə Ukraynanın hərbi rabitəsində istifadə olunan peyk internetinin məhdudlaşdırılması barədə göstərişin Ağ Evdən gəldiyini bildiriblər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ukraynanın hava hücumundan müdafiə raketlərinin ehtiyatı kritik həddə düşüb və ölkə Rusiyanın hücumları qarşısında daha həssas vəziyyətə düşə bilər. “The Washington Post” qəzeti bu barədə ukraynalı rəsmi və məsələ ilə tanış olan başqa bir şəxsə istinadən yazıb.

Qəzetlə danışan ukraynalı rəsminin sözlərinə görə, ölkənin cəmi iki Patriot raketi qalıb. Məqalədə qeyd olunur ki, bu raketlər Rusiyanın Ukraynaya atdığı ballistik raketləri etibarlı şəkildə zərərsizləşdirə bilən yeganə silahdır.

və Yaxın Şərqdəki münaqişələrdə raketlərdən intensiv istifadə edilməsi səbəbindən onların qlobal ehtiyatı da ciddi şəkildə azalıb.

“Reuters”in və Qərb rəsmilərinə istinadən yaydığı məlumata görə, Ukrayna ordusunun döyüş meydanında rabitə və pilotsuz uçuş aparatlarının idarə olunması üçün istifadə etdiyi peyk internet sisteminin məhdudlaşdırılması barədə göstəriş Ağ Evdən verilib.

İki ABŞ rəsmisi və məsələ barədə məlumatlandırılmış bir Qərb rəsmisi bildirib ki, ABŞ Müdafiə Nazirliyinin rəhbərliyinə Ukrayna ordusunun “SpaceX ” xidmətinin işinin yavaşladılmalı olduğu barədə mesaj çatdırılıb. Rəsmilər qərarı Ağ Evdə kimin verdiyini və göstərişin icrasına kimin cavabdeh olduğunu açıqlamayıblar.

Pentaqon “” xidmətinin hərbi təyinatlı versiyası olan “Starshield”in ən böyük müştərisidir.

Ukrayna rəsmiləri bu həftə hərəkətdə olan sürətli obyektlərə quraşdırıldıqda hərbi təyinatlı “Starlink” qəbuledicilərinin işləmədiyini, bunun Ukrayna ərazisi üzərində uçan və naviqasiya üçün həmin sistemdən istifadə edən dronların fəaliyyətinə mane olduğunu bildiriblər.

Ukrayna Müdafiə Nazirliyindən bir şəxs cümə axşamı qəbuledicilərin artıq hərəkətdə olarkən işlədiyini, lakin sürətin saatda 160 kilometri keçməməli olduğunu deyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…