Operativ Məlumat Mərkəzi

İsrail Ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

2 dəq
Paylaş:
İsrail Ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib
buna səbəb İsrail polisinin idarəetməni itirməsi və etirazların kütləvi xarakter alması olub.  Kütləvi aksiyalara səbəb martın 26-da gecə saatlarında...

Kütləvi etirazlar fonunda İsrail Ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, buna səbəb İsrail polisinin idarəetməni itirməsi və etirazların kütləvi xarakter alması olub.

Kütləvi aksiyalara səbəb martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanı olub.

Xatırladaq ki, ötən axşam Netanyahu müdafiə naziri Yoav Qalantı işdən çıxarmaq qərarını verib. Qalantın həmvətənlərinə xüsusi müraciətindən sonra baş verib və o, müxalifətin etirazına səbəb olan məhkəmə islahatının parlamentdə müzakirəsinin dayandırılmasının tərəfdarı olduğunu bildirib. Siyasətçinin fikrincə, ölkənin məhkəmə sistemində dəyişikliklər zəruridir, lakin geniş dialoq yolu ilə həyata keçirilməlidir. O, islahatla bağlı mübahisələr səbəbindən İsrail cəmiyyətində yaranan parçalanmanın artıq İsrail Müdafiə Qüvvələrinin sıralarına dərindən nüfuz etdiyini və milli təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Xüsusən də son həftələr islahatla razılaşmayan ehtiyatda olan ordunun hərbçiləri arasında xidmətdən imtina çağırışları daha çox yayılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər