İsrail ordusu Qəzza zolağında 2 xəstəxananı vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin sözlərinə görə, Qəzzada yerləşən psixiatriya və oftalmologiya xəstəxanaları İsrail Müdafiə Qüvvələrinin aviasiya zərbələrinə məruz qalıb, nəticədə hər iki xəstəxananın əsas hissələri dağılıb.