Əsas məzmuna keç

İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirib: Azı 14 fələstinli saxlanılıb

İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirib: Azı 14 fələstinli saxlanılıb

İsrail ordusu İordan çayının qərb sahilində həyata keçirdiyi genişmiqyaslı reydlər zamanı azı 14 fələstinlini saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında vətəndaşlar, jurnalistlər var.

Bu reydlər İsrailin bölgədəki gərginliyi daha da artıran addımlarından biri kimi qiymətləndirilir. Yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar, fələstinli mülki vətəndaşlara qarşı bu cür basqınları beynəlxalq hüququn pozulması kimi dəyərləndirir.

Hazırda saxlanılanların aqibəti və hansı ittihamlarla üzləşəcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…