Əsas məzmuna keç

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

İsrail Ordusu Hizbullah təlim mərkəzinə zərbə endirib. Bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, zərbələr Hizbullahın İsrail dövlətinə...

İsrail Ordusu təlim mərkəzinə endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, zərbələr Hizbullahın İsrail dövlətinə hücumlar həyata keçirmək üçün istifadə etdiyi bir sıra silah anbarlarını və terrorçu infrastrukturunu hədəf alıb.

Livan Milli Xəbər Agentliyi İsrail qüvvələrinin Əl-Adasiya yaşayış məntəqəsi, Kfar Malik Vadisi, Hermel yaylası, Ət-Tuffa bölgəsi və digərləri də daxil olmaqla Livanın bir sıra ərazilərini atəşə tutduğunu bildirir.

Atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu Livanın cənubundan yalnız qismən geri çəkilib və son müharibə zamanı ələ keçirilən beş əsas Livan təpəsini saxlamağa davam edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…