Operativ Məlumat Mərkəzi

İsrail ordusu Hizbullahın səhra komandirini öldürüb

1 dəq
Paylaş:
İsrail ordusu Hizbullahın səhra komandirini öldürüb

İsrail hərbçiləri Livanın cənubundakı Bəraşit kəndi yaxınlığında Hizbullahın komandirini zərərsizləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri Bəraşit bölgəsində Hizbullahın komandiri Əbu Əli Ridi vuraraq öldürüb”, - məlumatda deyilir.

Ordunun mətbuat xidmətinin məlumatına görə, Rid İsrail əsgərlərinə raket hücumlarının planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olub.

Mətbuat xidməti əlavə edib ki, İsrail qoşunları Livanın cənubunda reydləri davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər