Operativ Məlumat Mərkəzi

İsrail ordusu: HƏMAS-ın 200-dən çox tərəfdarı saxlanılıb

1 dəq
Paylaş:
İsrail ordusu: HƏMAS-ın 200-dən çox tərəfdarı saxlanılıb
Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarları təslim olurlar. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu İsrail ordusunun rəsmi...

Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarları təslim olurlar.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə deyib.

Onun sözlərinə görə, son 48 saat ərzində İsrail hərbçiləri 200-dən çox insanı saxlayıb.

“Son 48 saat ərzində biz 200-dən çox şübhəlini saxladıq, onlardan onlarla adam istintaq üçün İsraildəki Kəşfiyyat Korpusunun 504-cü Bölməsinə və Baş Təhlükəsizlik Xidmətinə təhvil verildi”, - Haqari deyib.

Rəsmi bildirib ki, onların arasında HƏMAS-ın döyüş bölməsinin komandirləri, həmçinin “Nuxba” radikallarının xüsusi təyinatlıları da var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər