İsrail Müdafiə Ordusunun bölmələri Qəzza zolağındakı "Əş-Şifa" Tibb kompleksinin içərisinə atəş açıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat verib.
Qeyd olunub ki, hadisə nəticədə xəsarət alanlar olub.
Onun sözlərinə görə, İsrail hərbçiləri "Əş-Şifa" xəstəxanasını mühasirəyə alıb, sonra tibbi kompleksin içərisinə atəş açıb. Telekanal həmçinin bildirir ki, xəstəxanada yüzlərlə xəstə, səhiyyə işçisi və köçkün var.
Bundan əvvəl İsrail müdafiə ordusu Qəzza zolağında yerləşən "Əş-Şifa" Fələstin Xəstəxanasında hərbi əməliyyat keçirdiyini bildirmişdi.