Operativ Məlumat Mərkəzi

İsrail: İran Livanın cənubunda terror məqsədləri üçün hərbi aerodrom tikir

1 dəq
Paylaş:
İsrail: İran Livanın cənubunda terror məqsədləri üçün hərbi aerodrom tikir

İsrailin müdafiə naziri bildirib ki, İran Livanın cənubunda terror məqsədləri üçün hərbi aerodrom tikir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadə xəbər verir ki, nazir açıqlamasında İranın Livanı əsir saxladığını qeyd edib.

“Nəsrullah (Livanın hərbi-siyasi təşkilatı olan Hizbullahın lideri) deyəsən, İsrail və Hizbullah arasında həqiqi güc balansının nə olduğunu unudub. O, özünü “Livanın müdafiəçisi” kimi göstərmək istəyir, amma reallıqda Livanı və onun vətəndaşlarını İran və şiə maraqları üçün girov saxlayır. Əgər səhv etsə, o, “Livanın dağıdıcısına” çevriləcək”, - deyə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Onun sözlərinə görə, fotoşəkillərdə “Ayətullah rejiminin İsrail vətəndaşlarına qarşı istifadə etməyi planlaşdırdığı” İran aerodromunun uçuş-enmə zolağı əks olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər