Əsas məzmuna keç

İsrailin zərbələri nəticəsində Natanzdakı uran zənginləşdirmə kompleksi zədələnib

İsrailin zərbələri nəticəsində Natanzdakı uran zənginləşdirmə kompleksi zədələnib

bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb. Qeyd edilib ki, hazırda ziyanın miqyası araşdırılır. "Obyektdə yerləşdirilmiş qüvvələr arasında...

İsrail Hərbi Hava Qüvvələrinin () İrana endirdiyi zərbələr nəticəsində Natanzdakı zənginləşdirmə kompleksi zədələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Enerjisi Təşkilatı məlumat yayıb.

Qeyd edilib ki, hazırda ziyanın miqyası araşdırılır.

"Obyektdə yerləşdirilmiş qüvvələr arasında itkilər barədə hələ heç bir məlumat alınmayıb", - təşkilatdan bildirilib.

İsrail hökuməti gecə saatlarında endirilən zərbələr zamanı İranın Natanz şəhərindəki uran zənginləşdirmə obyektinə əhəmiyyətli zərər vura bildiyini hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

"Müdafiə məsələlərinə nəzarət edən İsrail rəsmiləri hesab edirlər ki, hava zərbələri zamanı Natanzdakı obyektə əhəmiyyətli zərər vurulub", - nəşr yazıb.

Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) bildirmişdilər ki, Natanza zərbələrdən sonra radiasiya səviyyəsinin yol verilən həddən artıq olması barədə məlumat daxil olmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…