Operativ Məlumat Mərkəzi

İsrail-HƏMAS müharibəsinin 8-ci günü

2 dəq
Paylaş:
İsrail-HƏMAS müharibəsinin 8-ci günü
səhər saatlarından aparılan əməliyyatlar nəticəsində onlarla terrorçu zərərsizləşdirilib. İsrail ordusunun HƏMASın əməliyyat qərargahına hücumu...

İsrail Həmasın Qəzza zolağında yerləşən hədəflərinə zərbələr endirməyə davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, səhər saatlarından aparılan əməliyyatlar nəticəsində onlarla terrorçu zərərsizləşdirilib.

İsrail ordusunun HƏMASın əməliyyat qərargahına hücumu nəticəsində, qruplaşmanın rəhbərlərindən biri olan Murad Əbu Muradı məhv edilib.

Xatırladaq ki, ötən gündən etibarən İsrail hərbi qüvvələri Qəzza Zolağında lokal reydlərə başlayıb. Yerüstü hərəkatın tərkib hissəsi olan reydlərin məqsədi ərazini HƏMAS terrorçularından təmizləmək və qruplaşmanın girov götürdüyü şəxsləri tapıb azad etməkdir.

Reyddən əvvəl Qəzzanın şimal hissəsindən 1.1 milyon əhalinin təxliyəsi əmr olunub. İsrail hərbi hava qüvvələrinə məxsus təyyarələr Qəzza zolağına gözlənilən quru hücumundan əvvəl havadan təxliyyə əmrini bildirən broşürlər atmağa başlayıblar. Hazırda təxliyə prosesinin icra olunduğu bildirilir.

Qeyd edək ki, Həmasın oktyabrın 7-də İsrail ərazisini raket atəşinə tutması ilə başlayan müharibə artıq 8 gündür davam edir.

Bu müddət ərzində İsraildə həlak olanların sayı hərbçilər də daxil olmaqla 1300-ə çatıb. Yaralı sayı artıq 3000-i ötüb. HƏMAS qruplaşmasının yerləşdiyi Qəzza zolağının bombardman edilməsi nəticəsində təxminən 2000 nəfər həlak olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər