Belçika vətəndaşlarını İsraildən çıxarmaq üçün bu ölkəyə təyyarə göndərir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Aja Labib Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
"İndiyədək repatriasiya ilə bağlı 60-a yaxın müraciət almışıq, digər belçikalıların təxliyəsi üçün daha çox uçuş tələb olunub-olunmayacağına daha sonra qərar verəcəyik".
Onun sözlərinə görə, bir neçə vətəndaş həm ailələrini ziyarət etmək üçün səfərlər çərçivəsində, həm də humanitar missiyalar çərçivəsində Qəzza zolağındadır.