Əsas məzmuna keç

İsrail Donald Trampı "Şərəf" medalı ilə təltif edir

İsrail Donald Trampı "Şərəf" medalı ilə təltif edir

bu barədə İsrail prezidenti İsaak Hersoqun ofisi məlumat yayıb. Bildirilib ki, mükafat Trampın Qəzza zolağında israilli girovların azad edilməsinə...

İsrail hakimiyyəti ABŞ prezidenti ölkənin ən yüksək mülki mükafatı — Prezidentin "" medalı ilə təltif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail prezidenti İsaak Hersoqun ofisi məlumat yayıb.

Bildirilib ki, mükafat Trampın israilli girovların azad edilməsinə verdiyi töhfəyə görə təqdim olunur.

Medalın təqdimat mərasiminin yaxın aylarda baş tutacağı, dəqiq tarix və məkanın isə hələlik müəyyən edilmədiyi qeyd olunub.

“ Trampın irsi İsrail və yəhudi xalqı tərəfindən gələcək nəsillər üçün xatırlanacaq. Onun yorulmaz səyləri təkcə girovların azadlığına deyil, həm də Yaxın Şərqdə təhlükəsizlik və əməkdaşlığa əsaslanan yeni dövrün başlanğıcına xidmət edib”, - Prezident Hersoq bəyan edib.

Mükafatın elan edilməsi Trampın İsrailə bazar ertəsi başlayan səfəri ilə eyni vaxta təsadüf edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…