Operativ Məlumat Mərkəzi

İsrail Dəməşq ətrafına raket hücumu edib

1 dəq
Paylaş:
İsrail Dəməşq ətrafına raket hücumu edib
bu haqda Suriyanın "SANA" xəbər agentliyi məlumat verib. Belə ki, İsrail qüvvələri tərəfindən yerli vaxtla saat 03:20-də Dəməşq ətrafındakı bəzi hərbi...

İsrailin Suriyanın paytaxtı Dəməşq ətrafındakı bəzi hərbi nöqtələrə hava hücumu təşkil etdiyi iddia edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Suriyanın "SANA" xəbər agentliyi məlumat verib.

Belə ki, İsrail qüvvələri tərəfindən yerli vaxtla saat 03:20-də Dəməşq ətrafındakı bəzi hərbi məntəqələrin hava hücumuna məruz qaldığı bildirilib.

"Havadan müdafiə sistemlərimiz düşmən raketlərinin bəzilərini zərərsizləşdirib. 4 əsgər ölüb, 4-ü isə yaralanıb",- deyə məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər