Operativ Məlumat Mərkəzi

İsrail Livanın cənubuna silsilə zərbələr endirib

2 dəq
Paylaş:
İsrail Livanın cənubuna silsilə zərbələr endirib

İsrail döyüş təyyarələri Livanın cənubundakı bir neçə bölgəyə silsilə endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Məlumata görə, axşam saatlarında üç dalğa şəklində həyata keçirilən 14 hava hücumundan 10-u Meydun və Cabur yüksəkliklərinə, ikisi Vadi-Borquz rayonuna, digər ikisi isə Reyhan və yüksəklikləri arasındakı Kasarat əl-Aruş ərazisinə düşüb.

Gecə saatlarında isə İqlim ət-Tuffah bölgəsindəki Akmata-Luveyze yüksəklikləri hədəf alınıb.

Livan rəsmiləri İsrailin razılaşmasına baxmayaraq, ölkənin suverenliyini sistematik şəkildə pozmağa davam etdiyini bildirir.

Hazırda İsrail silahlı qüvvələri Livanın cənubundakı beş strateji nöqtədə, o cümlədən Qacar kəndinin şimal hissəsində mövcudluğunu qoruyur. Beyrut bunu BMT Şurasının 1701 saylı qətnaməsinin pozulması və işğalın davamı kimi qiymətləndirir.

Livan Daxili İşlər Nazirliyinin statistikasına əsasən, 2025-ci ilin əvvəlindən bəri İsrail respublika ərazisinə 4500-dən çox hücum reallaşdırıb.

İsrail ordusu isə öz növbəsində bəyan edir ki, "Hizbullah" hərəkatının hərbi infrastrukturunu sıradan çıxarmaq və qruplaşmanın rəhbər heyətini zərərsizləşdirmək məqsədi daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax