Bir ay ərzində İsrail hərbçiləri Livanın cənubunda Hizbullah təşkilatının 3,2 mindən çox hədəfinə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib.
“Təkcə son bir ay ərzində Livanın cənubunda 3,2 mindən çox hədəfə, o cümlədən təxminən 350 silah anbarına hücum etdik”, - deyə o bildirib.