Operativ Məlumat Mərkəzi

İsrail aviaşirkəti Cənubi Afrikaya uçuşları dayandırıb

1 dəq
Paylaş:
İsrail aviaşirkəti Cənubi Afrikaya uçuşları dayandırıb

İsrailin ən böyük aviaşirkəti El Al bu ilin mart ayının sonuna qədər Cənubi Afrika Respublikasına (SA) uçuşları dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Spiegel” qəzeti məlumat verib.

Milli aviaşirkətin açıqlamasında bildirilir ki, Yohannesburqa gedən təyyarələrin demək olar ki, boş olması səbəbindən uçuşlar təxirə salınıb.

"İsraillilər Cənubi Afrikaya uçmaq istəmirlər",- deyə şirkət sözçüsü bildirib.

Sənəddə BMT məhkəməsinin yanvarın 26-da Cənubi Afrikanın İsrailə qarşı təcili tədbirlər görmək və yəhudi dövlətini soyqırım ittihamları ilə üzləşməsinə səbəb olan Qəzza zolağında hərbi əməliyyatlarına son qoymaq tələbi ilə bağlı qərar çıxaracağı bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər