Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrailin sui-qəsd siyahısı məlum oldu

2 dəq
Paylaş:
İsrailin sui-qəsd siyahısı məlum oldu

ABŞ və İsrail qüvvələri bu gün İrana qarşı tammiqyaslı hava əməliyyatına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paytaxt Tehran daxil olmaqla, ölkənin müxtəlif strateji nöqtələrinə zərbələr endirilib.

zamanı Kəşfiyyat Nazirliyi kimi suverenlik rəmzi olan qurumlar və İranın lideri Əli Xameneinin ofisi əsas hədəflər sırasında yer alıb.

İran Prezidenti Məsud Pezeşkianın oğlu tərəfindən verilən məlumata görə, hücumlar zamanı atası birbaşa hədəf alınsa da, o, sui-qəsd cəhdindən xəsarət almadan xilas ola bilib.

"Airbus" tərəfindən çəkilən peyk görüntülərində Əli Xameneinin Tehrandakı iqamətgahı üzərində qatı tüstü dumanı və ərazidəki ciddi dağıntılar aydın şəkildə əks olunub.

Məlumata görə, nəticəsində İnqilab Keşikçiləri Korpusunun bəzi yüksək rütbəli komandirlərinin və siyasi rəsmilərin öldürüldüyü iddia edilir.

CNN telekanalının yaydığı xəbərə əsasən, İsrailin hədəf siyahısında aşağıdakı şəxslər var:

  • Ayetullah Əli Xamenei (Dini lider)
  • Səyyid Əbdürrəhim Musəvi (Silahlı Qüvvələrin Baş Qərargah rəisi)
  • Məsud Pezeşkiyan ()
  • Əli Şamxani (Müdafiə Şurasının katibi)
  • Əli Laricani (Milli Şurasının katibi)

Hazırda bölgədə gərginlik pik həddədir və hücumun nəticələri ilə bağlı rəsmi Tehranın geniş bəyanat yayacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax