İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində İranın kosmik agentliyinə məxsus, Tehranda yerləşən baş tədqiqat mərkəzi dağıdılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, bu mərkəzdə hərbi peyklər üzrə strateji laboratoriyalar yerləşirdi. Həmin laboratoriyalar müşahidə, kəşfiyyat məlumatlarının toplanması və bütün Yaxın Şərqdə hədəflərə atəş yönəltmə daxil olmaqla bir sıra mühüm vəzifələr üçün istifadə olunurdu.
Həmçinin, hava hücumundan müdafiə sistemlərinin istehsal edildiyi bir neçə obyekt də zərbələrə məruz qalıb.