İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda həyata keçirdiyi əməliyyatla "Hizbullah"ın yeraltı infrastrukturunu məhv edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər agentliyinin məlumatına görə, bu barədə rəsmi açıqlamanı İsrail ordusunun mətbuat xidməti yayıb.
Əməliyyat "Yahalom" bölməsinin döyüşçüləri və 7-ci briqadanın 13-cü batalyonunun qüvvələri tərəfindən birgə həyata keçirilib. Livanın cənubunda aparılan əməliyyat zamanı hərbçilər İsrail qüvvələrinə qarşı hücumların hazırlanması üçün istifadə edildiyi iddia olunan yeraltı obyektləri aşkarlayaraq məhv ediblər.
Qeyd olunur ki, yeraltı infrastruktur məhv edilməzdən əvvəl onun daxilində ətraflı axtarışlar aparılıb.