Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp İranın bombalanmasını planlaşdırır

3 dəq
Paylaş:
Tramp İranın bombalanmasını planlaşdırır

ABŞ İrana Qarşı Hansı Yeni Hərbi Addımları Planlaşdırır?

ABŞ Prezidenti Donald və administrasiyası İrana qarşı məhdud zərbələrin bərpası və strateji əhəmiyyətli boğazının blokadası ssenarilərini aktiv şəkildə araşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbələrə istinadən məlumat verir.

Bu addımlar aprelin 12-də Pakistanda baş tutan danışıqların iflasa uğramasından sonra gündəmə gəlib.

Məlumata görə, Donald Tramp genişmiqyaslı bombardman kampaniyasına qayıtmağı da istisna etmir. Lakin regionda qeyri-sabitliyin artması riski və uzunmüddətli münaqişəyə cəlb olunmaq istəməməsi səbəbindən bu, ən az ehtimal olunan variant sayılır. Alternativ olaraq, müttəfiqlərin gəmilərin hərbi müşayiətində daha fəal iştirakını təmin etmək üçün onlara təzyiq vasitəsi kimi Hörmüz boğazının müvəqqəti blokadası nəzərdən keçirilir.

ABŞ və İsrailin Hərbi Əməliyyatları: Bölgədə Nələr Baş Verdi?

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Buna cavab olaraq İran, İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraqKiprdəki hədəflərə zərbələr endirməyə başlayıb.

Hörmüz Boğazında Atəşkəs və Pakistan Danışıqları

Gərginliyin fonunda İran, ABŞ və müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Rəsmi Tehran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid İran Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.

Proseslərin davamı olaraq, aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İranABŞ arasında yeni danışıqlar aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax