Operativ Məlumat Mərkəzi

İspaniyada tələbələr ikinci dəfə Fələstinə dəstək üçün aksiya keçirib

1 dəq
Paylaş:
İspaniyada tələbələr ikinci dəfə Fələstinə dəstək üçün aksiya keçirib
bu barədə İspaniya mediası məlumat yayıb. Belə ki, ölkə daxilində dərsləri yarımçıq qoyan universitet və lisey tələbələri oktyabrın 27-də olduğu kimi...

İspaniya Tələbələr Birliyinin çağırışı ilə İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana ikinci dəfə Fələstinə dəstək nümayişləri keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Belə ki, ölkə daxilində dərsləri yarımçıq qoyan universitet və lisey tələbələri oktyabrın 27-də olduğu kimi böyük şəhərlərin mərkəzlərində Fələstinə dəstək nümayiş etdiriblər.

Tələbələr Madrid, Barselona, ​​Valensiya, Sevilla, Saraqosa, Santander, Burqos, Santyaqo, Girona və Bilbao da daxil olmaqla 38 şəhərdə “Fələstin xalqına qarşı sionist soyqırımını dayandırın” başlığı ilə meydanlara çıxıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər