İspaniya Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri İsrailə heç bir hərbi texnika satmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İspaniya hökumətinin sözçüsü və təhsil naziri Pilar Alegria bildirib.
Belə ki, nazir Pilar Alegria dünən İspaniya mətbuatında çıxan və reaksiyalara səbəb olan, Palensiya şəhərindəki ispan şirkətinin noyabr ayında İsrailə 987 milyon avro dəyərində hərbi sursat satdığı iddiasını təkzib edərək, bu məlumatların oktyabrın 7-dən əvvələ aid olduğunu bildirib.
Aleqria bəyan edib ki, İspaniya hökuməti İsrailə silah və hərbi texnika satışını dayandırmaqda çox diqqətlidir.
İspaniya hökuməti: "Oktyabrın 7-dən İsrailə heç bir hərbi texnika satılmayıb"
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
İtaliya hökuməti məktəblərdə əcnəbi şagird limiti və dini geyim qadağasını rəsmiləşdirir
Növbəti xəbər yüklənir…