Əsas məzmuna keç

İspaniya İsraildəki səfirini geri çağırdı

İspaniya İsraildəki səfirini geri çağırdı

İspaniya hökuməti İsraildəki diplomatik təmsilçilik səviyyəsini aşağı salaraq səfirini geri çəkmək barədə qərar qəbul edib.

en ru

hökuməti İsraildəki fövqəladə və səlahiyyətli səfirini geri çağırmaq barədə rəsmi qərar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, İspaniyanın Təl-Əvivdəki səfirliyinə bundan sonra səfir deyil, müvəqqəti işlər vəkili rəhbərlik edəcək.

Pedro Sançesin rəhbərlik etdiyi solçu hökumət bir müddət əvvəl İsrail və ABŞ-nin İrana qarşı hərbi addımlarını kəskin tənqid edərək, bu fəaliyyətləri "təhlükəli və qeyri-qanuni" adlandırmışdı.

Diplomatik böhranın dərinləşməsi fonunda Madrid rəhbərliyi daha bir sərt addım atıb.

Madrid hərbi təyyarələrinin İrana qarşı əməliyyatlarda İspaniyanın cənubundakı hərbi bazalardan istifadə etməsini qadağan edib.

ABŞ prezidenti isə martın 3-də verdiyi bəyanatda İspaniya hökumətinə qarşı genişmiqyaslı ticarət embarqosu tətbiq edə biləcəyi ilə hədələyib.

Bu hadisələr İspaniyanın həm İsrail, həm də ABŞ ilə münasibətlərində ciddi gərginlik yarandığını göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…