Əsas məzmuna keç

İspaniya Hörmüz boğazında hərbi əməliyyatlara qatılmayacaq

İspaniya Hörmüz boğazında hərbi əməliyyatlara qatılmayacaq

Xose Manuel Albarez rəsmi Madridin bölgədəki gərginlikdən kənarda qalacağını bildirdi. Nazirin İsrail və Avropa İttifaqı barədə sensasiyalı bəyanatının detalları...

en ru

İspaniya boğazında hərbi əməliyyatlarda iştirak etməyəcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Albarez RNE radiosuna verdiyi müsahibədə bildirib ki, Hörmüz boğazı bütün ölkələrin gəmiləri üçün azad, təhlükəsiz və maneəsiz tranzit zonası olmalıdır.

Nazir qeyd edib ki, İspaniya bu bölgədə heç bir hərbi əməliyyata qoşulmaq niyyətində deyil və dəniz daşımalarının təhlükəsizliyinin diplomatik yollarla təmin edilməsinin tərəfdarıdır.

Albarez həmçinin İsrail ilə Avropa İttifaqı arasında Assosiasiya Sazişinin dayandırılmasını dəstəklədiyini bir daha vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı yalnız demokratik prinsiplərə və fundamental insan hüquqlarına hörmət edən ölkələrlə əməkdaşlıq etməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…