Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İspaniya ABŞ-dən İsrailə silah daşınan hərbi təyyarə və gəmilərin tranzitini qadağan edib

2 dəq
Paylaş:
İspaniya ABŞ-dən İsrailə silah daşınan hərbi təyyarə və gəmilərin tranzitini qadağan edib

İspaniya hökuməti ABŞ-yə və ya ABŞ tərəfindən icarəyə götürülən, İsrailə yönələn , sursat və texnika daşıyan təyyarə və gəmələrin ölkənin Rota (Kadis ) və Moron de la Frontera (Sevilya əyaləti) bazaları vasitəsilə tranzitini edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "El País" nəşri məlumat yayıb.

Qəzet yazır ki, qadağa həm birbaşa İsrailə gedən gəmilərə, həm də dayanışdan sonra son mənzili İsrail olan gəmilərə aiddir.

Madrid ABŞ təyyarələri və ya ölkə bazalarında dayanan gəmiləri xüsusi olaraq yoxlamır. Pentaqon isə yüklərin gizlədilə biləcəyini istisna etmir.

Mənbələr bildirir ki, belə yoxlamaların aparılması müttəfiqlər arasında etimada zərər vura bilər.

Bu qərər İspaniyanın Qəzza zolağındakı vəziyyətə görə İsrailə qarşı sərt mövqeyinin davamı kimi qiymətləndirilir.

Qeyd edək ki, daha əvvəl İspaniya Nazirlər Şurası İsrailə qarşı silah embarqosunu qanuni əsaslarla təsbit edən fərmanı təsdiqləmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax