Operativ Məlumat Mərkəzi

İslam dünyası Ramazan bayramını qeyd edir

1 dəq
Paylaş:
İslam dünyası Ramazan bayramını qeyd edir
bu münasibətlə Pakistanın Kəraçi şəhərində minlərlə möminin iştirakı ilə bayram namazı qılınıb. Möminlər, xüsusilə, Fələstinin Qəzza Zolağında gedən...

Dünya müsəlmanları Ramazan bayramını qeyd edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə Pakistanın Kəraçi şəhərində minlərlə möminin iştirakı ilə bayram namazı qılınıb.

Möminlər, xüsusilə, Fələstinin Qəzza Zolağında gedən İsrail-HƏMAS müharibəsi ilə bağlı vəziyyətin yaxşılaşması, müharibənin qurtarması üçün dua ediblər.

“Ramazan xoşbəxtlik bayramıdır. Bu bayramı hər kəs qeyd etməlidir. Lakin Fələstində minlərlə insan öldürülür. Bu, müharibə dayanmalıdır”, - deyə Kəraçi sakini Rizvan Zahidi bildirib.

Kəraçidə dini mərasimlərlə əlaqədar təhlükəsizlik xidməti gücləndirilib. Pakistanın daxili işlər nazirliyi silahlı qruplaşma üzvlərinin bayramdan istifadə edərək mülkiləri hədəfə ala biləcəyinə dair xəbərdarlıq edib.

Eyni zamanda, İndoneziyanın paytaxtı Cakartada bayram namazı qılınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər