Əsas məzmuna keç

İsgəndər-M raketi Krivoy Roqda evə düşdü: ölən və yaralananlar var - YENİLƏNİB

İsgəndər-M raketi Krivoy Roqda evə düşdü: ölən və yaralananlar var - YENİLƏNİB

bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul "Telegram"da məlumat yayıb.Onun sözlərinə görə, Rusiyanın Voronej vilayəti...

en ru

Ukraynanın kütləvi atəşə tutulması nəticəsində Dnepropetrovsk vilayətinin Roq rayonunda çoxuşaqlı ailə həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Krivoy Roq administrasiyasının rəhbəri Aleksandr Vilkul "Telegram"da məlumat yayıb.

Onun sözlərinə görə, Rusiyanın Voronej vilayəti ərazisindən atılmış "İsgəndər-M" ballistik Raduşnoye qəsəbəsindəki fərdi evə düşüb.

Zərbə nəticəsində altı nəfər - dörd böyük, 5 və 12 yaşlı iki uşaq (qızlar - red.) həlak olub.

Daha səkkiz nəfər yaralanıb, onların arasında iki uşaq - 6 və 15 yaşlı oğlanlar var.

***

ərazisinə kütləvi hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, Kiyev, Krivoy Roq və Vinnitsa ballistik raket hücumuna məruz qalıb.

Şahidlərin sözlərinə görə, Kiyevdə yanğın baş verib, "Poçayna" metro stansiyasının girişi zədələnib. Şəhər meri Vitali Kliçko Svyatoşinski rayonunda və Obolonda qalıqların düşməsi, qeyri-yaşayış binalarının zədələnməsi barədə məlumat verib.

Kiyev Şəhər Hərbi Administrasiyası bir nəfərin həlak olduğunu açıqlayıb.

Ukrayna monitorinq resurslarının məlumatına görə, ölkənin hava məkanında həmçinin çoxsaylı pilotsuz uçuş aparatları (PUA) və "Kalibr" qanadlı raketlərinin buraxılışı qeydə alınıb. Ukrayna HHQ Rusiyanın strateji aviasiya təyyarələrinin havaya qalxması barədə məlumatı təsdiqləyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…