İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən "al-Azraq" aviabazasına zərbə endirildiyini iddia etdiyi görüntüləri yayımlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüntülər İranın "MNA" agentliyi tərəfindən yayımlanıb.
Məlumata görə, yayılan kadrlarda ABŞ-yə məxsus "F-15" və "F-16" qırıcı təyyarələrinin saxlanıldığı anqarların hədəf alındığı və dağıldığı göstərilir. Videoda hərbi obyektlərə endirilən zərbələrin nəticələri də əks olunub.
Qeyd olunub ki, ABŞ və İordaniya rəsmiləri görüntülərin həqiqiliyi və hadisənin baş vermə vaxtı ilə bağlı hələlik açıqlama verməyib. Müstəqil mənbələr tərəfindən təsdiqlənməyən iddialar regionda artan hərbi gərginlik fonunda yayılıb.