Operativ Məlumat Mərkəzi

"İrəvanın KTMT-dən çıxması müzakirə olunmur" - YENİLƏNİB

2 dəq
Paylaş:
"İrəvanın KTMT-dən çıxması müzakirə olunmur" - YENİLƏNİB

Biz faktiki olaraq KTMT-dən çıxdıq.

"Operativ Məlumat Mərkəzi-OMM" “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın KTMT-dən mümkün çıxması məsələsini şərh edərkən deyib.

“Məgər KTMT-dən çıxmaq anti-Rusiya əhval-ruhiyyəsindən xəbər verir? Əgər siz bir təşkilata, məsələn, Jurnalistlər Birliyinə qoşulursunuzsa və bu təşkilat öz öhdəliklərini yerinə yetirmirsə və siz ondan çıxmaq istəyirsinizsə, onda siz jurnalistikaya qarşı çıxırsınız?”, - Simonyan qeyd edib.

***

Ermənistanın KTMT-dən çıxması müzakirə mövzusu deyil.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bunu xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.

"İrəvan təşkilatın qərar qəbul etməsində və sənəd qəbul etməsində iştirak etmir, lakin müdaxilə də etmir. Bu mərhələdə bizim siyasətimiz belədir. Ermənistan xarici siyasətini öz maraqlarına, şaxələndirmə və balans prinsiplərinə əsaslanaraq həyata keçirir", - deyə o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər