Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrəvanda etiraz aksiyası iştirakçılarının çadır düşərgəsi yığışdırılıb

1 dəq
Paylaş:
İrəvanda etiraz aksiyası iştirakçılarının çadır düşərgəsi yığışdırılıb

Ermənistanın Nikol Paşinyanın istefası ilə bağlı keçirilən aksiyalarının iştirakçılarının çadır düşərgəsi yığışdırılıb, İrəvanda prospekti boyu nəqliyyatın hərəkəti bərpa edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Onlar “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın düşərgənin başqa yerə köçürülməsi ilə bağlı bəyanatından sonra gecə saatlarında çadır düşərgəsini yığışdırmağa başlayıblar.

Ötən gün B.Qalstanyan etirazçıların iyunun 17-də yenidən parlament binası yaxınlığında toplaşacağını bildirib. Bu tarixdə müxalifət fraksiyalarının tələbi ilə hökumətin istefası ilə bağlı parlamentin növbədənkənar iclası keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax